ABŞ-Rusiya qarşıdurması Kuba raket böhranından etibarən ən pis vəziyyətdə| Donbas üçün öhdəlik, yoxsa güzəşt?
Putin Ukraynanın Donbasdakı siyasətini “soyqırım”a bənzədib. Kiyev qorxur ki, Rusiyanın bu sözləri işğal üçün bəhanə ola bilər. Rusiya rəsmiləri Ukraynanın bölgəni geri almağa cəhd edəcəyi təqdirdə müdaxilə edəcəyinə söz veriblər. Kiyev bunu Rusiyanın hücumu ilə bağlı incə pərdələnmiş təhlükə kimi görür. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, hətta ABŞ-la qarşıdurmanın 1962-ci ildə Kuba raket böhranından bəri ən pis vəziyyətdə olduğunu söyləyib.
ABŞ prezidenti Co Bayden çərşənbə axşamı videokonfrans zamanı Putinə NATO müttəfiqləri ilə Rusiyanın transatlantik təhlükəsizlik alyansı ilə uzun müddətdir davam edən narazılıqları ilə bağlı danışıqlar aparmağı təklif edərək gərginliyi azaltmağa çalışıb, eyni zamanda Bayden işğal olarsa, Rusiyanın ağır iqtisadi nəticələrlə üzləşəcəyəni bildirib.
Vaşinqton və Avropadakı rəsmilər və analitiklər, hətta Moskvada Kremlə yaxın insanlar da etiraf edirlər ki, Putinin Ukrayna ilə bağlı niyyəti sirr olaraq qalır. Bəziləri hesab edir ki, qoşunların toplanması Rusiyanın ABŞ-a NATO-nun genişlənməsini dayandırmasına qarşı təzyiq etmək üçün istifadə etdiyi “refleksiv nəzarət” formasıdır. Digərləri Putinin Ukraynanın dövlətçiliyi ilə bağlı səsləndirdiyi iradları prezidentin iyirmi illik iqtidarında əsas xarici siyasət dilemması kimi gördüyü problemi lazım gələrsə güclə həll etməyə hazır olduğuna işarə kimi görür.
“Bu, onun həyatının işidir. Onun prezident kimi gördüyü hər şey NATO-nun genişlənməsinə qarşı mübarizə olub. Buna görə o, ya indi, ya da heç vaxt olduğunu düşünür”, - deyə “Financial Times” nəşri politoloqlardan birindən sitat gətirib.
İyul ayında Putin Rusiyanın “qardaş xalqı” adlandırdığı Ukrayna haqqında 5000 sözdən ibarət məqalə dərc etdi. Ekspertlər məqalənin Kiyevə qarşı hədələrlə dolu olduğunu deyir. O, Ukraynanın indiki sərhədləri daxilində mövcudluğunu şübhə altına alır, “Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıq şəraitində mümkün olduğunu” iddia edir və Moskvanın heç vaxt onun “anti-Rusiya” düşüncəsində olmasına imkan verməyəcəyinə söz verir. Göründüyü kimi, Putinin öz tarixi araşdırmasına əsaslanan məqalə Ukraynanın Rusiyanın öz dövlətçilik konsepsiyası üçün nə qədər vacib olduğunu və Rusiyanın 2014-cü ildə Krım yarımadasını Ukraynadan ilhaq etməsindən sonra Putinin bu barədə düşüncəsinin nə qədər sərtləşdiyini göstərir.
Donbas separatçıları ilə sıx əlaqələri olan və Moskva elitasının nəzarəti altında olan “Fox News” tipli onlayn xəbər kanalını maliyyələşdirən pravoslav xristian maqnatı Konstantin Malofeyev deyir ki, Putin belə bir məqalə yazmaqla dövlətin həqiqətən irəliyə doğru addım atdığını göstərir: “90-cı illərdə Rusiyada qərbyönlü liberal ritorika üstünlük təşkil edirdi və biz Rusiyanın xüsusi yolu olduğunu deyərək kənarda qaldıq. İndi Putinin dövründə biz hadisələrin mərkəzindəyik, çünki Putin də bizim kimi düşünür”.
Malofeyev “imperiya ssenarisi”ni xəyal edir, bu imperiyada Ukrayna Rusiya təsirinə qayıdacaq və nəhayət, lazım gələrsə, güc yolu ilə onun tərkibinə daxil olacaq: “Biz soyuq müharibə dövründə Almaniya kimi bölünmüş xalqıq. Müharibə bir həftə çəkməyəcək. Bir neçə günə bitəcək. Bütün rejim Londonda toplanacaq və hər kəsə deyəcək ki, əgər [qərb] onlardan əl çəkməsəydi, onlar öz tanklarını Moskvaya sürəcəkdilər”.
ABŞ, hətta ən skeptik Avropa müttəfiqlərini belə Putinin gələn ilin əvvəlində Rusiyanın kvazimperial ambisiyalarını yerinə yetirməyə hazır ola biləcəyinə inandırmaq üçün kəşfiyyat məlumatlarını bölüşüb, lakin işğal əmrini nə vaxt verə biləcəyini hələ dəqiqləşdirə bilməyib.
Yüksək rütbəli qərb kəşfiyyat rəsmisi deyir ki, Rusiyanın davam edən qoşun cəmləşməsi bu ilin əvvəlində görüləndən daha böyük olsa da, hələ də davamlı hücum üçün tələb olunan bəzi kritik avadanlıq və imkanlardan məhrumdur və əlavə edir ki, bu elementlər lazım gələrsə, sürətlə sərhədə gətirilə bilər.
“Putin hücum-qazanc hesablamasını nəzərə almalı və diplomatiyanın nə vaxt daha məhsuldar, güc təhdidinin nə vaxt daha məhsuldar olacağını düşünməli və çox dinamik olmalıdır”, - deyə o bildirib. Rəsmi əlavə edir ki, əgər Rusiya hücuma keçsə, ABŞ bu hücuma hər zaman hazırdır: “Bu, İkinci Dünya Müharibəsindən bəri Avropa qitəsindəki ən böyük münaqişə olacaq. Münaqişənin bir və bir neçə dövləti əhatə edəcəyini düşünmək axmaqlıqdır”.
Bəzi rəsmilər və analitiklər hesab edirlər ki, Ukraynanın şərq sərhədində açıq müharibənin (2014-cü ildən bəri Rusiyanın qarışdığı qarşıdurmada 14.000 nəfər həlak olub) qanlı perspektivi Putinin çətin ki, güc tətbiq etməsinə gətirib çıxarsın. Onlar bunun əvəzinə, Putinin Rusiyanın “qırmızı xətləri” adlandırdığı məsələ olan “qanuni məcburi təhlükəsizlik zəmanətləri” ilə bağlı ABŞ-la danışıqlar tələblərinə işarə edirlər: NATO-nun şərqə doğru genişlənməsini dayandırmağı və Ukraynada Rusiyaya hücum etmək üçün istifadə oluna biləcək qoşun və ya silahları yerləşdirməkdən çəkinməyi öhdəsinə götürəcək.
Putinin alyansa qarşı düşmənçiliyi 2000-ci illərin ortalarına təsadüf edir, o zaman NATO Estoniya, Latviya və Litvanı Alyansa qəbul edərək ilk dəfə keçmiş Sovet ərazisinə daxil oldu və ABŞ Polşa və Rumıniyada Moskvanın istifadə edə biləcəyindən qorxduğu raketdən müdafiə sistemlərini yerləşdirdi.
“Dünya bizi küncə sıxışdırmaqla böyük səhv etdi. Bəli, biz paranoyağıq və sovet çılğınlığımız var, lakin bunun öhdəsindən gəlmək üçün bir neçə nəsil lazımdır”, - deyə Rusiyanın keçmiş yüksək vəzifəli məmuru bildirib.
“Biz travma aldıq. Amerika ən qüdrətli ölkədir və bizi dinləməli idi, amma siz öz gücünüzlə, əmr verməklə, “hər şeyin ən yaxşısına layiqsiniz” deməklə aldatdınız. Siz daha rəğbətli olmalı idiniz”.
Telefon danışığından sonra Bayden deyib ki, o, Moskvanın yeni təhlükəsizlik nizamı tələblərini müzakirə etmək üçün Rusiya, ABŞ və bir qrup NATO müttəfiqi arasında danışıqlar aparacaq. Bununla belə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan prezidentin Ukraynanın NATO-dan uzaq tutulması ilə bağlı heç bir “öhdəlik və ya güzəşt” etmədiyini bildirib.
“Russia Global Affairs Journal”ın redaktoru və Kremlin xarici siyasət üzrə müşaviri Fyodor Lukyanov deyir ki, NATO-nun genişlənməsi ilə bağlı istənilən gələcək sammit Moskva üçün mühüm nailiyyət olacaq, çünki onlar problemin olduğunu başa düşdülər: “Nə amerikalılar, nə də avropalılar əvvəllər bunu etməyiblər – onlar deyirdilər ki, Avropada təhlükəsizliklə bağlı heç bir problem yoxdur, sadəcə Rusiya ilə problemlər var. Ancaq görüşmək lazımdırsa, bu, danışmaq üçün nəyinsə olduğu deməkdir”.
Mümkün sammit NATO-nun şərq cinahındakı bəzi ABŞ müttəfiqlərini narahat edib. Baydenin Rusiyanın təcavüzündən ən çox təsirlənən Ukrayna və Baltikyanı ölkələrlə yaxından məsləhətləşmələr hesabına diplomatik təkliflərində etibar etdiyi Fransa, Böyük Britaniya, Almaniya, İtaliya ilə birlikdə keçirəcəyi ehtimal olunan mümkün sammit NATO-nun şərq cinahından bəzi ABŞ müttəfiqlərini narahat edib.
“ABŞ-ın buna meyl etməsi yaxşıdır, amma biz avropalılar Ukraynanın söhbətin əhəmiyyətli bir hissəsi olmadığına görə narahatlıq hiss edirik və Ukraynaya inanılmaz dəstək verən Litva, Estoniya və Polşa kimi bir sıra ölkələr bu dönüşümün bir hissəsi deyil”, - deyə avropalı diplomat bildirib.
Kiyev hesab edir ki, ABŞ və Rusiya arasında istənilən kompromis razılaşması Ukraynaya NATO Üzvlük Fəaliyyət Planı (MAP) təklif etmək planlarının təxirə salınmasını nəzərdə tutur. NATO 2008-ci ildə Ukraynanın Gürcüstanla birlikdə alyansa üzv olacağına ümid etdiyini bəyan edib, lakin Rusiyanın Qafqaz ölkəsində dörd günlük dağıdıcı müharibə aparmasından və Gürcüstanın iki separatçı ərazisini işğal etməsindən sonra bunu qəbul etmək üçün heç bir əməli addım atmadı.
Rusiya Xarici İşlər Nazirliyi alyansdan cümə günü təklif edilən zəmanətlər siyahısının bir hissəsi olaraq bu vədini ləğv etməyi tələb etdi.
“ABŞ açıq-aydın bu məsələni dondurmaq və onu müzakirədən çıxarmaq istəyir. Bu, [Rusiya ilə münasibətlərdə] əsas qıcıqlandırıcı nöqtədir”, - deyə Ukrayna rəsmisi bildirib.
Lukyanov deyir ki, Putinin irəli sürdüyü şərtlər də razılaşmanı çətinləşdirir, çünki bu şərtlər qərbin soyuq müharibənin bitməsindən sonra özünün əsas təhlükəsizlik prinsiplərindən (ölkələr öz xarici siyasət trayektoriyalarını seçməkdə azaddırlar və heç bir güclərin təsir dairəsi hüququ yoxdur) əl çəkməsini nəzərdə tutur.
“Onlardan altısı bir araya gəlsələr, gülməli olar, Putin dediyi hər şeyi açıqlayır və ona deyirlər: “Qulaq as, əziz Vladimir, sən nə danışırsan? Biz sizə əvvəldən demişdik ki, NATO Rusiya üçün təhlükə deyil, bəs niyə belə əsəbisiniz? Biz heç nə etməyəcəyik, sadəcə olaraq sülh yolu ilə genişlənməyə davam edirik, çünki bu, azadlıq, demokratiya və sabitlikdir.” Bu, absurddur”, – deyə Lukyanov bildirib.
Brüssel sərhəddəki vəziyyəti Rusiyanın Aİ və tərəfdaşlarına qarşı daha geniş kampaniyasının bir hissəsi kimi qiymətləndirir, Aİ rəsmiləri bunu Moskvanın müttəfiqi Belarusun miqrantların Aİ-nin şərqindəki dövlətlərə təzyiq etmək üçün istifadə etməsi və qaz tədarükündən istifadə etməsi ilə əlaqələndirir. Qaz tədarükündən istifadə edərək Aİ ilə əlaqə səviyyəsini azaltması üçün Moldovaya təzyiq edilir.
Avropa Komissiyasının rəsmiləri potensial çəkindirmə tədbirlərini müzakirə etmək üçün Bayden administrasiyası ilə gündəlik əlaqə saxlayırlar, rütbəli Aİ rəsmisi bildirib ki, gələn həftə liderlərin sammitində 27 üzvdən ibarət blok tərəfindən ətraflı tədbirlərin elan ediləcəyi gözlənilmir.
ABŞ Aİ və onun üzv dövlətlərini Putini düşünməyə tələsdirəcək güclü tədbirlər təklif etməyə sövq edir, lakin bilir ki, ən genişmiqyaslı sanksiyalar (Rusiyanın enerji ixracını hədəfə almaq və ya ölkəni “Swift” beynəlxalq ödəniş sistemindən kənarlaşdırmaq) şübhəsiz ki, Avropa iqtisadiyyatlarına ABŞ-dan daha çox zərər vurur.
ABŞ-dakı bəzi rusiyalı ekspertlər narahatdırlar ki, Bayden administrasiyasının ABŞ-ın mümkün güzəştlərinin miqyasını göstərmək cəhdi Putini gələn yaz dramatik hərbi addım atmaqdan çəkindirmək üçün yetərli olmaya bilər. Onlar Putinin NATO ilə bağlı şikayətlərini dinləmək üçün ABŞ-a xəbərdarlıq edirlər. Administrasiya artıq bəyan edib ki, ABŞ Putinin NATO-nun şərqə doğru genişlənməsinə qadağa qoyulması tələblərini qəbul etməyəcək.
ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş Rusiya üzrə direktoru Endryu Veys bildirir ki, Putin üçün belə kardinal əhəmiyyət kəsb edən məsələnin sadəcə olaraq gündəmdən çıxacağını düşünmək üçün çox az səbəb var.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı